Wednesday, October 10, 2012

GEO GRID

İlin əvvəlində, AMEA-da AZGRİD layihəsində işləyərdək GEO GRİD-in araşdırılması və planının hazırlanması mənə tapşırılmışdı. Mən də öz növbəmdə ətraflı araşdırma apardım, məlumat topladım və uyğun təqdimat üçün prezentasiya hazırladım.
Bu yazımda araşdırmamı və prezentasiyamı bölüşmək istədim.

GEO GRID nədir?
Global Earth Observation GRID - Qlobal Dünyanı İzləmə Sistemi GRİD-idir.
GEO Grid lahiyəsi 2005-ci ildə E-Science - Elektron Elmə dünya miqyasılı Təbiət Elmləri insfrastrukturunu vermək üçün hazırlanmış bir lahiyədir. Lahiyə çoxsaylı peyk şəkilləri, coğrafi məlumatlar, yeraltı çəkilişləri analiz edən, bununla yanaşı görülən işlərdə müəlliflik hüququnu qoruyan sistem əsasında işləyir. GEO Grid eləcə də GRİD hesablama texnologiyaları vasitəsilə VO - Virtual Orqanizasiyalar ilə də fəaliyyət göstərir. GEO Grid işlənilən məlumatın qəbul edilməsini və ötürülməsini GRİD-in köməkliyi ilə virtual(online) şəkildə həyata keçirir və bu məlumatlara çatmağı asanlaşdırır.