Friday, August 31, 2012

Linux vs. Windows


Aztwi-də hər zaman aktual olan iki holy war olur həmişə, birincisi Android vs iOS, ikincisi isə Linux vs Windows. Birinci holy war demək olar hər gün Twitter-də Android və iOS həvəskarları tərəfindən keçirilir. Gah biz Androidçilər iOS-a olan nifrətimizdən tvitləyirik, gah da iOSçular Android-ə olan antipatiyalarını bildirirlər və beləcə başlayır uzun müzakirələr. Bu postda Android - iOS söhbəti etməyəcəm, daha geniş və daha dərin məsələ olan Linux - Windows məsələsindən danışacam. Bu mövzu olduqca böyük və dərin mövzu olduğundan onu Twitter-də müzakirə etmək demək olar mümkünsüzdü. 

Əslində kimin hansı əməliyyat sistemi işlətməsi onun ehtiyaclarından qaynaqlanan bir məsələdir. Biri üçün Linux istəklərə tam cavab verən sistem olduğu halda digər şəxs üçün yararsız bir əməliyyat sistemi olaraq görülə bilər. Eləcə də Windows və digər əməliyyat sistemləri. Hansı sistemin yaxşı hansının pis olduğunu demək bu səbəbdən çox çətindir, amma mümkünsüz də deyil. Sadəcə olaraq orientasiya nöqtəsini seçmək və ona görə dəyərləndirmək lazımdır. Müqayisəmə ümumi mövzularla başlayıb dərinlik dərəcəsinə görə irəliləyəcəm. Linux nümunəsi olaraq Ubuntu əməliyyat sistemindən danışacam.