Wednesday, October 10, 2012

GEO GRID

İlin əvvəlində, AMEA-da AZGRİD layihəsində işləyərdək GEO GRİD-in araşdırılması və planının hazırlanması mənə tapşırılmışdı. Mən də öz növbəmdə ətraflı araşdırma apardım, məlumat topladım və uyğun təqdimat üçün prezentasiya hazırladım.
Bu yazımda araşdırmamı və prezentasiyamı bölüşmək istədim.

GEO GRID nədir?
Global Earth Observation GRID - Qlobal Dünyanı İzləmə Sistemi GRİD-idir.
GEO Grid lahiyəsi 2005-ci ildə E-Science - Elektron Elmə dünya miqyasılı Təbiət Elmləri insfrastrukturunu vermək üçün hazırlanmış bir lahiyədir. Lahiyə çoxsaylı peyk şəkilləri, coğrafi məlumatlar, yeraltı çəkilişləri analiz edən, bununla yanaşı görülən işlərdə müəlliflik hüququnu qoruyan sistem əsasında işləyir. GEO Grid eləcə də GRİD hesablama texnologiyaları vasitəsilə VO - Virtual Orqanizasiyalar ilə də fəaliyyət göstərir. GEO Grid işlənilən məlumatın qəbul edilməsini və ötürülməsini GRİD-in köməkliyi ilə virtual(online) şəkildə həyata keçirir və bu məlumatlara çatmağı asanlaşdırır.


GİS nədir?
GİS - Geographical İnformation System - Coğrafi İnformasiya Sistemi - Hər növ coğrafi məlumatı almaq, onu işləmək, analiz etmək, onu idarə etmək üçün yaradılmış bir sistemdir. GİS akronimi bəzən Geographical İnformation Science - Coğrafi Məlumat Elmi və ya Geospatial İnformation Studies - Coğrafi İnformasiya Araşdırmaları kimi də tərcümə olunur.

GİS Necə işləyir?
GİS virtual şəkildə coğrafi bölgələrin modelini yaradır, onlar üzərində işləyir. Ümumi halda GİS hər bir təşkilat və ya qurum üçün özünəməxsus olur, yəni, istəyən qurum özünün GİSini istədiyi kimi formalaşdırır. Məs., AzGRİD əgər bu sistemi qursa, o sırf özünə lazimi informasiya əsasəndı qurulacaq - Bakıdakı parklar, Xəzərdəki neft yataqları, qaz yataqları, bölgələrin ekoloji vəziyyətini araşdıran sistem və s.

Əlavə məlumat:
http://en.wikipedia.org/wiki/Geographic_information_system


GEO GRİDdən kim istifadə edir?
GEO GRİD AİST misalı ilə:



AİST - National Institute of Advanced Industrial Science and Technology - Yaponiyanın ən böyük laboratoriyalarından biridir.
Məşğul olduqları araşdırmalar:

  • Enviroment - Ətraf-mühit
  • Material - Maddələr
  • Bio\Life Sceince - Bio\Həhat elmi
  • Standards - Standartlar (JİS\İSO)
  • Geology - Geologiya
  • Semiconductor Device - Yarımkeçirici cihazlar
  • İT\Computer Sciences - İnformasiya Texnologiyaları və Kompyüter Elmləri
  • və s.
GEO Grid strukturu

Coğrafi kontent
Sattellite Data - Peykdən alınmış məlumatlar.
Geology Date - Bölgənin özündən alınmış coğrafi məlumatlar
GİS data - Təşkilatın GİS-indən alınmış məlumatlar
İn-Situ data - Hazırki vəziyyət haqda məlumat

Proqram təminatı
Geosciences - coğrafi elmlər üçün proqram təminatları
Enciroment Conservation - Ətraf-mühiti analiz edən proqram təminatları
Disaster mitigation - Fəlakət riskinin azaldılması üçün çalışan proqram təminatları(məs. Təbii fəlakətləri qabaqcadan xəbər verən sistem)

GeoGRİD
GRİD texnologiyaları - məlumatların ötürülməsi və qəbul edilməsi, eləcə də hesablanılması üçün
Bu əsasən proqram təminatı ilə bağlı işləyir

Resources - Əldə olan və üzərində əməllər aparılacaq məlumatlar.
Bu isə əsasən coğrafi kontentlə işləyir.


GEO Grid işləmə sxemi





GEO Griddən istifadə sxemi



GEO GRİD-də istifadə olunan proqram təminatları:
ASTER - Advanced Spaceborne Thermal Emission and Reflection Radiometer - Təkmilləşdirilmiş Kosmik Termoemissiya və Refleksiya Radiometri - Yer kürəsinin şəklini çəkmək üçün yaradılmış və 1999-cu ilin dekabrında NASA tərəfindən kosmosa buraxılmış Terra peyki ilə işləyən Dünyanı izləmə sistemidir. Aster ABŞ, Yaponiya, Ticarət Sənayesi və Yaponiya Dünyanı məsafədən izləmə məlumat analiz mərkəzinin ortaq lahiyəsidir. Aster dünyanın istənilən bölgəsinin ətraflı temperatur, görünüş və hündürlüyünü təyin edir.




ASTER dünya qabığının təsvirini verir

1.4 milyon şəkil = 140 TB





ASTERin üstünlükləri

Coğrafi informasiya sistemləri ilə işləməsi

  • Bir neçə peykdən istifadə edərək məlumatı onlarla sinxronlaşdırma
  • GİS və OGC(Open Geospatial Consortium) ilə uyğunluq
  • Müəllifin sahib olduğu məlumata çatması, onu gizli saxlaması. Məxfilik siyasəti.
  • GRİD təhlükəsizlik infrastrukturu - AuthN, AuthZ, şəxsi hesab

Hesablama maşınları ilə inteqrasiya

  • Simulasiyalar: WPS, GRID RPC və s.
  • Resurs idareetməsi - İnfra provider
  • Kompleks workflow dəstəyi, data access, simulation execution, vizualizasiya və s.










Əlavə qeyd ediləsi üstünlüklər:

  • Daha dəqiqləşdirilmiş təhlükəsizlik arxitekturası
  • Data access və inteqrasiya





Kimlər istifadə edir?
Nasa
AİST
və s.



























No comments:

Post a Comment