Friday, August 31, 2012

Linux vs. Windows


Aztwi-də hər zaman aktual olan iki holy war olur həmişə, birincisi Android vs iOS, ikincisi isə Linux vs Windows. Birinci holy war demək olar hər gün Twitter-də Android və iOS həvəskarları tərəfindən keçirilir. Gah biz Androidçilər iOS-a olan nifrətimizdən tvitləyirik, gah da iOSçular Android-ə olan antipatiyalarını bildirirlər və beləcə başlayır uzun müzakirələr. Bu postda Android - iOS söhbəti etməyəcəm, daha geniş və daha dərin məsələ olan Linux - Windows məsələsindən danışacam. Bu mövzu olduqca böyük və dərin mövzu olduğundan onu Twitter-də müzakirə etmək demək olar mümkünsüzdü. 

Əslində kimin hansı əməliyyat sistemi işlətməsi onun ehtiyaclarından qaynaqlanan bir məsələdir. Biri üçün Linux istəklərə tam cavab verən sistem olduğu halda digər şəxs üçün yararsız bir əməliyyat sistemi olaraq görülə bilər. Eləcə də Windows və digər əməliyyat sistemləri. Hansı sistemin yaxşı hansının pis olduğunu demək bu səbəbdən çox çətindir, amma mümkünsüz də deyil. Sadəcə olaraq orientasiya nöqtəsini seçmək və ona görə dəyərləndirmək lazımdır. Müqayisəmə ümumi mövzularla başlayıb dərinlik dərəcəsinə görə irəliləyəcəm. Linux nümunəsi olaraq Ubuntu əməliyyat sistemindən danışacam.




Qiymət
Linux – Windows müzakirələri açıldığı an ilk vurğulanan Linux-un Windows-dan fərqli olaraq pulsuz əməliyyat sistemi olduğu faktıdır. Bu özü özlüyündə çox böyük bir özəllik olsa da, Azərbaycanda hələ ki, elə də əhəmiyyət kəsb etmir. Onsuz da Azərbaycanda insanlar windows-u da pulsuz işlədirlər. Pirat disk alır, və ya torrentdən yükləyib diskə yazır və beləcə install edir, bu da sənə windows. Bu yəqin bizim insanların intellektual sahibkarlığa verdiyi(və ya vermədiyi) önəmdən və onun səviyyəsindən qaynaqlanır. ABŞ-da məsələn lisenziyasız(bizim sözlə pulsuz) Windows işlətmək cinayətkarlıq sayılır və 2010-cu ilin məlumatlarına görə 5 ilə qədər həbslə cəzalandırılır. Şirkət olaraq qaçaq proqram təminatı istifadəsinin cəzası isə 467,500$(dörd yüz altmış yeddi min beş yüz dollar) miqdarında ölçülür. Pul və həbs cəzası müxtəlif şirkətlərin müxtəlif məhsullarına görə dəyişir. Azərbaycanda isə gördüyünüz kimi, işlədilən softların 99,9% qanunsuzdur və bunun qarşısını almaq üçün qanun da yoxdur. Ona görə qiymət məsələsi bizdə doesn't make a sense.
Amma ABŞ kimi bir ölkəni düşünsək o zaman bu mövzunun nə qədər önəmli olduğunu görə bilərik. İlk olaraq gəlin Windows əməliyyat sisteminin qiymətlərini nəzərdən keçirək.
Windows 7 Home Premium - $119.99
Windows 7 Professional – $199.99
Windows 7 Ultimate – $219.99
Ətraflı məlumat üçün Microsoft-un saytına keçə bilərsiz.
İlk baxışda çox da baha görünməyə bilər, amma nəzərə almaq lazımdır ki, Windows bir əməliyyat sistemi kimi, əlavə proqram paketləri olmadan praktiki olaraq heçnədir. Onu normal işləyən bir maşına çevirmək üçün mütləq Adobe kimi şirkətlərin paketləri mütləqdir. Mən hələ antivirus, müxtəlif security paketlərindən danışmıram. Hamısının lisenziyalı olduğunu nəzərə alsaq bir Windows istifadəçisi ilk gündən minimum 500$-a qədər pul xərcləyir. Üstəlik bu sistemin hər yeni versiyası çıxdıqda onu upgrade etmək üçün əlavə ödəniş tələb olunur.
Linux isə bu məsələ çox sadə və asandı. İstənilən şəxs internetdən pulsuz və tam qanuni olaraq Ubuntu-nu yükləyərək kompyüterinə qura bilər. Əlavə ödənişsiz, lisenziyasız, without any care. Bundan əlavə olaraq Linux üçün proqram paketləri pulsuz, open source olduğu üçün onları əldə etmək və ya istifadə etmək üçün heç bir ödəniş də tələb olunmur.


Fəlsəfə fərqi
Bu iki sistemi bir-birindən fərqli edən ən böyük amil onların əsasında duran fəlsəfələrdir. Windows bir əməliyyat sistemi kimi kommersiya istiqamətli bir sistemdir və qapalı mənbəlidir. Yəni istifadəçi onu pul ilə alır, kompyüterinə qurur və Microsoft-un öncədən təyin etdiyi standartları, özəllikləri istifadə edir. Bununla yanaşı istifadəçi sistemin özündə heç bir dəyişiklik edə bilməz. Ona qalan sadəcə sistem konfiqurasiyaları üzərində oynamaq və digər primitiv özəllikləri redakte etməkdir. Nəyin necə baş verdiyini isə düşünməməlir. Düşünsə belə sadəcə təxmin edə bilər, həqiqət Microsoft tərəfindən gizli saxlanılır :)
Beləliklə windows işləyərkən əslində onun arxa fonda nə iş gördüyünü heç kim bilə bilməz. Bəlkə bizim ən sadə əməliyyat saydığımız bir işdə belə arxa fonda bizim istəmədiyimiz proseslər gedir? Daha da irəli gedib iddia edə bilərəm ki, ola bilsin Windows istifadəçinin əslində şəxsi məlumatlarını sızdırır. Kim bunun əksini sübut edə bilər?
Linux və onun üzərində qurulmuş distributivlər isə tamamilə Open Source – açıq mənbəlidir. Linux bir kernel kimi Linus Torvalds, Linux Foundation və dünya səviyyəsində milyonlarla proqrammist tərəfindən inkişaf etdirilir, imkanları genişləndirilir. Linux-un kodlarına Linus Torvald-sın GitHub hesabında baxa, dəyişiklikləri izləyə və istədiyiniz dəyişikliyi təklif edə bilərsiz. Eləcə də Linuxun üzərində qurulmuş digər distributivlər açıq mənbəlidir və istəyən şəxs istədiyi zaman kodlara nəzər yetirə bilər.
Windows-dan fərqli olaraq Linux istifadəçiyə tam azadlıq verir. Hər hansı bir əməliyyat zamanı əməliyyat sisteminin iş prinsipi və ya arxa fonda gördüyü işlə bağlı sualın var? Açıb kodlara baxa bilərsən. Nə isə xoşuna gəlmir? Götür dəyişdir istifadə et. Sistemdə problem tapmısan? Onu aradan qaldır və Linux cəmiyyətinə bununla öz tövhəni ver.
Bu səbəbdən Linux-da özümü tam azad, tam sərbəst hiss edirəm. Bundan əlavə saysız hesabsız customization imkanları ilə işlətdiyim sistemi öz istəyimə uyğun formalaşdıram. Skriptlər yazaraq onu sistemin bir hissəsinə çevirirəm və bununla işlətdiyim əməliyyat sistemi mənim üçün sadəcə bir alət olmaqdan çıxaraq özümün də nəsə etdiyim, öz intellektimi tətbiq etdiyim doğma bir platformaya çevrilir. Bu səbəbdəndir ki, Linux istifadəçiləri öz sistemlərinə daha bağlı olur... Əməliyyat sistemi ilə onun istifadəçisi arasında bir sevgi bağı yaranır beləcə... Deyəsən çox romantik oldu :)))


Arxitektura fərqi
Gəldik çıxdıq Windows-a olan nifrətimin ən böyük səbəbinə. Arxitektura!
İlk olaraq Linux bir əməliyyat sistemi kimi necə işləyir onu bilmək lazımdır. Ümumi halda hər şeyi izah edən belə dorğu bir fikir var – "Linux-da hər şey fayldır". Bəli, Linux-da hər şey fayldır. Hər bir konfiqurasiya, istər sistem konfiqurasiyası olsun istər proqramların, hamısı fayllardadır. Əməliyyat sistemi parametrləri, konfiqurasiyaları oxumaq, onları işə salmaq və onlar üzərində əməliyyat aparmaq üçün fayllardan istifadə edir. Müraciət əsasən fayllara olur, bu isə nə əməliyyat sistemini nə də cihazı əziyyətə salmır. Bu hər şeydən bir kənara, əlavə yüklənmənin qarşısını alır. Çox gözəl ideyadır, elə deyil? Gəlin indi isə Windows-un necə işlədiyinə bir nəzər yetirək.
Windows sistem və proqramların parametlərini, konfiqurasiyalarını "yerbəyer" etmək, onları asan manipulə etmək üçün Windows Registry adlanan bir sistemdən istifadə edir. Windows-da işlətdiyiniz proqramlar, əməliyyat sisteminin özü və hətta ona qoşulan cihazların parametr, konfiqurasiyaları yazılır registy-ə. Microsoft bir növ konfiqurasiyaları toplamaq üçün vahid ierarxik verilənlər bazası yaradıb əməliyyat sistemində. Nə qədər çox proqram yazır və işlədirsizsə bu bazaya yazılan məlumatlar bir o qədər çox olur. Hər yerinə yetirilən yeni konfiqurasiya, yeni əməliyyat nəticəsində yaranan məlumat(parametr) gedir yazılır bu bazaya. Bir müddət sonra baza o qədər böyüyür, o qədər dolur ki, başlayır sistemin işini ləngitməyə, windows başlayır yavaş işləməyə, baxmayaraq ki, qurulu olduğu cihazın göstəriciləri olduqca yüksəkdi. Windows istifadəçilərinin "Kompyüterim yaman ilişir axır vaxtlar", "Kompyüterim donur" tipli şikayətlər də məhz bu registy-nin nəticəsidir. Səbəb isə böyük bazaya sorğu göndərilməsi və nəticənin alınması uzun çəkir və bu səbəbdən işlədilən proqram və ümumilikdə əməliyyat sistemi sorğu qəbul edilənədək gözləməli olur. İlk vaxtlarda registry-ni müxtəlif alətlərin köməyi ilə təmizləmək mümkün olsa da, illərlə istifadə nəticəsində yaranmış bazanı təmizləmək çox çətin, bəzən isə mümkünsüz olur və siz sisteminizi silib yenidən yazmaq(el dilində desək, formatlaşdırmaq) məcburiyyətində qalırsız. Ümumiyyətlə Windows əməliyyat sistemi istifadəçiləri öz kompyüterlərini tez-tez format edirlər. Gah dediyim ilişmə səbəbindən, gah BSD(Blue Screen of Death – hansı ki, özü ayrıca bir mövzudur) gah da hansısa bir zibil üzündən...
Qısacası, Windows-un fundamenti səhv qoyulub, açıq aydın :)


Marketinq
Və gəldik "Əgər Linux belə əladırsa niyə görə windows qədər məhşur deyil" sualının cavabına. Marketinq.
Microsoft şirkətinin və Linux-un tarixini araşdırsaq əslində bu suala tamamilə cavab tapmış olarıq. Microsoft ilk yarandığında, hələ heç şirkət olmadığı vaxtlarda artıq biznes partnyorları var idi. Bill Gates-in marketinq siyasəti nəticəsində hələ var olmayan MSDos əməliyyat sistemini İBM şirkəti ilə birlikdə onun istehsal etdiyi kompyüterlər üzərində bazara buraxmağa razılıq almışdı. Şirkət ilk yarandığı gündən güclü marketinq siyasəti yürüdərək ilk olaraq Amerikada, daha sonra isə bütün dünyada çox güclü partnyorlar sayəsində qısa bir müddətdə dünyanın ən məhşur və ən varlı şirkətlərindən birinə çevrildi. Microsoft-un nəyini olmasa da onun marketinq siyasətini çox bəyənirəm. Bill Gates bir marketoloq kimi çox güclü insan olub və onun strategiyası nəticəsində mənim говно adlandırıdğım Windows çov böyük auditoriyaya yayılıb. Və türklər demiş, insanları sömürüb :)
Linux-da bu vəziyyət tamamilə fərqlidi. Hər şeydən əvvəl Linux kommersiya lahiyəsi deyil, və heç bir zaman da olmayıb. Adi, sıradan bir tələbənin yaratdığı bu sistem qısa bir müddətdə dünya proqrammistləri və azadlıq həvəskarlarına çatıb və sırf istifadəçilərin hesabına dünyada bu qədər məhşur olub. Əlbəttə sadəcə üzdən baxsaz Linux-un o qədər də məhşur olmadığını düşünə bilərsiz, amma araşdırsaz, dərinə getsəz görmək olar ki, Linux dünya üzrə ən çox istifadə olunan, ən çox tələb olunan bir əməliyyat sistemidir və biz özümüz bilməsək də gündəlik həyatımız Linux-suz mümkün deyil. Fikrimi vizual olaraq anlamaq üçün aşağıdakı videoya baxa bilərsiz. Bu video Linux-un necə yarandığı və necə yayıldığı haqqındadır.




Videodan da göründüyü kimi Linux sıradan tələbə tərəfindən yaradılmış və istifadəçilər sayəsində yayılmış bir əməliyyat sistemidi. Microsoft, Apple və digər şirkətlərdən illər sonra yaranmış və biznesini Linux üzərində quran şirkətlər də olmuş əlbəttə, amma bu şirkətlər daha çox professional solutionlar təklif etdikləri üçün adi ictimaiyyətə çıxmamışlar. Son illərdə Linux əsaslı Ubuntu əməliyyat sistemi istifadəçi rahatlığı cəhətdən ən yaxşı Linux ƏS hesab olunur və onun istifadəçiləri artır. Amma bununla yanaşı Canonical şirkətinin marketinq siyasətinə baxdıqda yenə də Microsoft və Apple kimi aktivliyi görmək mümkün deyil. Linux-un adi istifadəçilər arasında məhşur olmamasının əsas səbəbi budur. Amma dediyim kimi, adi istifadəçilər arasında. İnformasiya Texnologiyaları sahəsində çalışan insanların seçimi əksərən Linux əməliyyat sistemi olur.
Bununla bağlı daha bir videoya baxmağınızı tövsiyyə edirəm:





Göründüyü kimi Linux kompyüter aləminin ən böyük lahiyəsidir. Durmadan inkişaf edir, yenilənir və mükəmməlləşir. Bir qrup insanın Linuxdan xəbəri olmaya bilər, amma bu onun populyar olmadığı, lazım olmadığı anlamına gəlmir. Linux-a ehtiyac duyanlar onu hansısa daydayların marketini olmadan, böyük korporativlərin kirli siyasətləri olmadan da tapır və özünü azad edir :)


Proqram paketləri
Linux - Windows müzakirələrinin ən çox səhv salınan tərəfi proqram paketləri ilə bağlıdır. Mövzuya iki tərəfdən yanaşmaq olar:
1 - Yalnız əməliyyat sistemlərini müzakirə və müqayisə etmək
2 - Əməliyyat sistemini onun üzərində olan proqram paketlərinə görə dəyərləndirmək
Pure OS müqayisəsi üçün 1-ci doğrudur. İkinci seçim isə çox zaman əməliyyat sistemi prinsiplərindən elə də xəbəri olmayanlar üçün keçərlidir. Əməliyyat sistemi dedikdə bir sistem kimi, əlavə proqram paketlərsiz, əlavə alətlərsiz təmiz, əsas platforma nəzərdə tutulur. Məsələn, mən Windows dedikdə installdan sonra ekranda gördüyünüz sistemi nəzərdə tuturam. Əlavə proqramsız, əlavə alətlərsiz. Eləcə də Linux.
İndiyə kimi yuxarıda yazdıqlarım sırf əməliyyat sistemlərinin müzakirəsi və müqayisəsi idi. İndi isə onlar üzərində işləyən sonradan yazılmış proqram paketləri ilə birlikdə müqayisəni vermək istəyirəm. Amma onu da nəzərə almaq lazımdır ki, əlavə proqram paketlərinin keyfiyyəti, xüsusiyyətlərinin əməliyyat sisteminə heç bir aidiyyatı yoxdur. Bu paketlər sırf olaraq onları yazan şirkətlərin keyfiyyətini göstərirlər, Linux-un və ya Windows-un yox.

Böyük şirkətlər - məs. oyun şirkətləri, Adobe, təhlükəsizlik şirkətləri əsasən öz məhsullarını Windows-a ödənişli - lisenziyalı buraxırlar. İstifadəçi bu məhsullardan istifadə etmək üçün onları almalı(qanuni olaraq) və sadəcə ondan sonra bu məhsullardan istifadə etməlidir. Bu Windows-u software development və s. kimi şirkətlər üçün bir növ bazara çevirmişdir. Bu səbəbdən Windows üçün olan proqram təminatı Linux-a nisbətən daha çoxdur və böyük şirkətlər məhsullarını Linux deyil də məhz Windows üzərindən buraxırlar.
Linux-un fəlsəfəsnidə Open Source olduğu üçün onun üçün yazılan proqramlar əksərən açıq mənbə, pulsuz proqramlar olur. Ümumiyyətlə dünyada belə bir tendensiya var ki, Linuxoidlər özlərinə lazım olan proqramı, aləti özləri yaradırlar. Linux community-də collaborative işləmək prinsipi olduğu üçün developerlər open source lahiyələr yaradır, community halında onu develop edirlər. Bu əlbəttə hələ ki, Azərbaycana aid deyil(amma ümid edirəm gələcəkdə bizdə də belə komanda işləri görüləcək Linux üzərində). Beləliklə developerlər özlərinə lazım olan alətləri özləri yazdığından və fəlsəfə cəhətdən hər şey azad, açıq mənbə və pulsuz olduğundan Adobe kimi böyük şirkətlər Linux bazarına daxil olmurlar və ya daxil olmaqdan çəkinirlər. Buna baxmayaraq Ubuntu Software Center-də yavaş-yavaş pullu proqramlar gözə dəyməyə başlayır, oyun şirkətləri öz məhsullarını Linux-a uyğunlaşdırır və Linuxda da getdikcə keyfiyyətli proqram təminatı artmağa başlayır. Bir neçə il əvvələ qədər Linux sırf geek sistemi idisə artıq hər bir istifadəçinin rahatlıqla istifadə edə bləcəyi, istədiyi işi görə biləcəyi bir sistemə çevrilir.


Təhlükəsizlik
Heç fikirləşmisizmi ki, nəyə görə dünya server qismində Linux-u seçir? Nəyə görə Google, Facebook, Twitter, Amazon, Ebay və s. kimi dünya nəhəngləri serverlərini Linux üzərində qurublar? Bəs yaxşı nəyə görə şirkətlər daha asan qurulan və "baş ağrısı" olmayan Windows-un deyil də məhz Linux-un öhdəsinə buraxırlar öz bizneslərini?
Cavab bəllidir, təhlükəsizlik! Linux bir əməliyyat sistemi kimi çox təhlükəsiz, stabil və dayanıqlı ƏS-dir. Linux-un daxili təhlükəsizlik prinspilərindən əlavə olaraq durmadan develop olunduğundan və professionallar tərəfindən contribute edildiyindən kiçik bir təhlükəsizlik problemi tapıldığı anda aradan qaldırılaraq bütün istifadəçilərə yeniləmə göndərilir. Bundan əlavə (və qeyd etdiyim kimi) Linux üzərində durmadan iş getdiyindən Linux proqram paketi qreyderləri (bütün distroları götürdükdə) yüz minlərlə ölçülür. Bu isə paketlərin yenilənməsi, mükəmməlləşdirilməsini çox sürətli və effektiv edir.
Çox dərinə getmək istəmirəm, hər kəsin başa düşəcəyi və Linux dedikdə ağlına gətirdiyi bir şey - Linuxa virus düşmür :P
Həqiqətən Linux üçün zərərverici proqram təminatı yazmaq çətin məsələdir və bu səbəbdən demək olar ki, Linux üçün virus yoxdur. Daha doğrusu yox deyiləcək qədər azdır. Çünki Linux-da hər zaman görüntüdən çox təhlükəsizliyə önəm verilmişdir və hər zaman təhlükəsizlik əsas prioritet kimi saxlanmışdır. Yuxarıda da qeyd etdiyim kimi, kiçik bir təhlükəsizlik problemi olduğu andaca o aradan qaldırılır. Heç bir xəta milyonlarla gözdən gizlənə bilməz, elə deyil? ;)
Bütün bunları bir qırağa qoysaq, Linux-da səlahiyyət məsələsi çox gözəl düşünülüb. İstifadəçinin ancaq öz faylları ilə işləməyə səlahiyyəti var və ancaq öz kataloqunun ağasıdır. Sistem fayllarına baxmaq, onları redakte etmək üçün root(superuser) olması və onun şifrəsini daxil etməli və ondan sonra sistemlə işləmək üçün səlahiyyət əldə etməlidir. Bu isə təxmin etdiyiniz kimi zərərverici proqramları "tupikə salan" əsas amillərdən biridir.
Windows-da isə təhlükəsizliyin bu tərəfi çox zəif düşünülüb və heç də praktiki deyil.

Vəəə, daha bir video, təhlükəsizlik və Linux, and whats your problem? :P





Linux-a yeni keçən şəxslərin qarşılaşdığı əsas problemlər və onların həlləri
  1. Driver problemi. Əsasən də qrafika, video kart ilə bağlı. Ən çox rastlaşdığım şikayətlərdən biridir. Nəzərə almaq lazımdır, bu tipli problemlər Linux-un problemi yox, cihazları istehsal edən şirkətlərin problemidir. Amma internetdə axtarış verməklə driver problemlərinə həllər tapmaq mümkündür.
  2. "Tələblərimə cavab verən proqram tapa bilmirəm" söhbəti. Düzü mən bu cümləni "Tənbəllik edib axtarmamışam heç" kimi eşidirəm. İstənilən Windows proqramına analoq var Linux-da. http://www.linuxrsp.ru/win-lin-soft/table-eng.html
  3. "Proqram tapmışam, amma ki, öyrəşə bilmirəm" məsələsi. Həqiqətən windows-dan keçən şəxslər üçün Linux-da işlətdikləri proqramlara analoq softlara öyrəşmək biraz çətin olur və vaxt aparır. Amma səbr edib öyrəşməyi yoxladıqda həqiqətən adam öyrəşir :)
  4. "Narahatdı". Bu daha çox baxır istifadəçinin öyrəşdiyi rahatlıq standartlarına. Hər sistemin özünün rahatlıq standartları var və bu səbəbdən narahatlığın nədə olduğunu araşdırmaq lazımdı. Ola bilsin narahatlıq sırf proqram paketləri ilə işdədi, ola bilər sistem haqqında məlumat azlığındandı... Lazım olan tək şey problemin nədə olduğunu tapmaq və onu aradan qaldırmaqdır. Əmin ola bilərsiz Ubuntu-nun istifadəçiyə verdiyi rahatlığı Windows illərlə çalışsa verə bilməz. Hər cəhətdən :)
  5. "Bu nədi alaaaa?! Niyə .exe fayllar açılmır?". Belə tip insanlara baxıb sadəcə bir şey düşünürəm,  WHAT THE FUCK?! Başqa heşzad :)



Собственно bu qədər. Əlavə sual, açıqlama və müzakirə üçün şərh yaza bilərsiz. Lap istəsəz məni Twitter və Google+da tapıb söhbət edə və hətta razborkaya da çağıra bilərsiz :P

Son olaraq bu videoya da baxaq və oxuyaq:


We are Right, YEAH!
We are Free, YEAH!

22 comments:

  1. dünya statistikası http://gs.statcounter.com/#os-ww-monthly-201206-201208.
    2000-ci il məhsulu olan Windows XP ilə 2010-cu il buraxılışı Linux (məsələn Ubuntu) müqayisə eləmək düzgün olmazdı.
    Mən özümdə əvvəllər openSuse işlədirdim. Sonra gördüm ki, mənim onun source kodunda dəyişiklik etməkdə nə vaxtım var ne həvəsim. (Hələ proqramçı ola ola. )
    Bir də o qədər bəzi inteqrasiya məsələlərində baş sındırmaqdan isə, bəşər tarixinin ən mükəmməl desktop əməliyyat sistemi olan Windows 8 -ə 40$ verməyi üstün tuturam. http://www.nbcnews.com/technology/technolog/windows-8-pro-costs-40-if-youre-running-xp-vista-858859

    Mətni yazanda bir az obyektiv olun, axıra qədər oxumuşam. Linuksa ona görə virus yazılmır ki, işlədən azdı və hədəf auditoriyası çox aşağı saydadı.

    ReplyDelete
    Replies
    1. Diqqətli oxumusuzsa mən postda XP-nin adını belə çəkməmişəm. Ümumiyyətlə Windows-un ümumi özəlliklərinə toxunmuşam. Bu özəlliklər XP-də də, 7-d' də, 8-də də eynidir.
      Məni göstərilən punktlara əsasən obyektiv müqayisə aparmışam. Nəyinsə obyektiv olmadığını düşünrsüzsə onu bildirə bilərsiz. Amma bununla belə Windows-u "Bəşər tarixinin ən mükəmməl desktop əməliyyat sistemi" adlandırmaqla özünüz obyektivlikdən olduqca uzaqlaşırsız :) Ubuntu bir kənara, hələ Mac var))) Bütün göstəricilərə görə Windows-dan qat-qat irəlidədir.

      Əlbəttə istifadçəi kütləsinin də rolu var, amma virus yazılmamasının əsas səbəbi bu deyil. Yuxarıda qeyd etdiyim təhlükəsizlik məsələləridir :)

      Delete
    2. Əlavə olaraq bu video-ya baxmağınızı tövsiyyə edirəm ;)
      Bill Gates Windows-un zibilləri haqqında özü danışır )))
      http://www.youtube.com/watch?v=bVyB0JWHZqE

      Delete
    3. Kamran, movzudan elavə, captcha həqiqətən də qəlizdi. Bu qədər securitiyə ne ehtiyyac var. 4 cü dəfədən pass oluram :)

      Delete
  2. http://ru.wikipedia.org/wiki/%D0%94%D0%B8%D0%B0%D0%BB%D0%BE%D0%B3 Məndə sizin XP-nin adını çəkdiyinizi deməmişəm. Mac 10 il təhlükəsizlik məsələlərinə görə Windowsdan geridədi. Bunu profesionallar deyir : http://www.3dnews.ru/software-news/628524/

    Windows 8 hal hazırda ən mükəmməl sistemdi, bunu əksini sübüt eləyən gərək Windows 9-u yazsın. ))

    ReplyDelete
    Replies
    1. Sizin professional dediyiniz Yevgeniy Kasperskiy bütün biznesini Windows üzərində qurmuş bir şəxsdir(Məhsulunun Mac-a da inteqrasiya olunmasına baxmayaraq). Hər nəisə sözümüz onda yox :)
      Siz sadəcə subyektiv yanaşırsız, əlbəttə öz işinizdir, sizə görə windows ən mükəmməl əs ola bilər, amma bunu obyektiv fikirlərlə izah edənə qədər bu sizin subyektiv fikriniz olacaq qalacaq.

      Mənim fikrimcə Windows 8 tam olaraq 7-nin üstündə oynanılmış versiyasıdır. Hələ unity ideyasının oğurlanması və metro stil-də Windowsa qoşulmasından danışmıram. Test etmişəm 8-i, çox narahat və əlavə zir-zibili çox olan sistemd. 7 ilə 8-i müqayisə etdikdə 7 8-dən qat-qat daha yaxşı və daha səmərəli sistemdir.

      Delete
    2. 3 il bundan qabaq təxminan bir shirkət (adinin önəmi yoxdu-amma dövlətə hesabat verən böyük açıq səhmdar cəmiyyətidi) Rusiya Federasiyasında oturub hesab kitab aparıb her sheyi Linux-a keçirtdilər. Hələ administrativ güc tətbiq olunmasına baxmayaraq işçilər Linux-a keçmədi (daha dogrusu uyğunlaşa bilmədi). İlin sonunda da məlum oldu ki, Linuxa çəkilən xərc daha çoxdu qayıtdılar Windows 7-ə. ))
      Yəni özümün Linuxa belə nifrətim yoxdu. Android telefon işlədirəm, Firefox işlədirəm (yeri gələndə İE yox :))) ), amma linux mənim iş komputerimin əməliyyat sistemi yaxın 10 ildə ola bilməz. Adicə o gün Libre Office "Excel" Windows 7 də şəbəkə printerin görmürdü. Neynəməliyəm? təcili də print eləmək lazımdı?

      Bu arada bill Gates-ə demək lazımdır ki, şəxsən mənim iş komputerim nədənsə donmur heç.

      Delete
  3. Yazıda fikirlər aydın şəkildə izah edilib. Məncə şərhlərdə istənilən əks fikir holivara gətirib çıxarar odur ki çox da qarışmamaq lazım. Üzeyirə qulaq asanlar çoxluq təşkil edirsə, akademik musiqi həvəskarları razı olmaq zorunda deyil ki Üzeyir çoxluğun seçimi olduğundan ən yaxşıdır. Populyarlıq meyar deyil.
    Windows kompüter tarixinin üz qarasıdır, versiyaları isə uşaq-muşaq başı aldatmaq üçündür, interface və desktop şəklindən savayı ciddi nəyinsə dəyişdiyi yox, həmin zibildir. Windows işlətdiyim vaxtlar yadıma düşəndə insan özü özündən utanır.

    ReplyDelete
  4. Çox gözəl yazıdır.Əla yazılıb.Bəzi əlavə və düzəlişlər eləmək olar, amma belə də çox aydındır.Əla yazıdır.

    ReplyDelete
  5. Linux-un Windows qarşısında bircə üstünlüyü var ki, o Windows deyil. :)
    Linuksun mənfilikləri:
    1. Tətbiqi proqram təminatı bütün sahələri əhatə etmir. "Neformallar"-ın yadına salmaq istərdim ki, kompyuter qəşəng görünməyinə görə yox, biznes tapşırıqların öhdəsindən gəlmək üçündür.
    2. Bəzi strateqiya standartlarının olmaması. Şikayətlər var ki, bir sıra Linux proqramlar digər Linuxlarda işləmir. ha-ha-ha.
    3. linux daha derme-deşikdi. Ve çox adama siz dediyiniz açıq kod kömək etmir. Ona görə ki, bir az geniş baxsaz görərsiniz ki, camaat çörək pulu qazanmaqa çıxır işə, kod qarışdırmaqa yox.

    Windows isə qarantiya deməkdir(printer aldin, yüz faiz işləyəcək - Linux bu haqda nə düşünür? Bəzən ancaq düşünür :)).
    Bir Windows-a yazılmış proqram aşağı yuxarı o birilərdə də işləyir. Hər halda Windows 98 ilə Windows 7 ni müqayisə etmək düzgün olmazdı.
    Windows "update" və "patch" yayır, öz buraxdığı məhsula cavabdehlik daşıyır və ya ən azından buna səy göstərir. Monopolist olmaqlarına baxmayaraq, işləyirlər.
    "Windows" idarə etmə deməkdir. Active Directory-yə rəqib linux sistemində yoxdu, ya da mən eşitməmişəm. Bu mövzuda müzakirə eləmək üçün 4000 dənə maşın lazımdı. Bu mövzuda Windows Server çox rəqibini geridə qoyub, özüdə lap çoxdan.
    Windows" təklükəsizdir (təklükəsizlik-http://en.wikipedia.org/wiki/Computer_security). Bu həqiqətən belədir, bu mövzuda diskusiya eləmək üçün MCSE+Security sertifikatın alsın və ya alternativ bilik sahibi olduğunu bildirsin sonra. Maraqlananlar bəri başdan bu kursnan başlaya bilər 70-298, rus və ingilis dilində kitabları satılır.

    Linux mifləri:
    1. "linux havayıdı" - əslində bu heç də belə deyil, və hər havayı şey özündə pullu nə isə daşıyır. Bir gün oturub lisenziyanı oxusaz, həqiqət sizə "göz vuracaq".
    2. "heç bir virus" - boş söhbətdi. Çox antivirus şirkətləri Linux üzərindən modullar yazır. Google da "linux virus" yazın - o sizə nələrin baç verdiyini yazacaq.

    Qoy Windows ideal deyil, amma onu əvəz edəcək sistem yoxdu. Elə əminsinizsə, bir balaca sayt yazaq. Məsələn istifadəçi yazsin şikayətin, sizdə onu cavablandırın. Görək məsələ harda dirənəcək?

    Məsələn deyirsiniz ki, Facebook Linux işlədir? Sizin evdəki Linuxda Facebook işlədəndəndi? Facebook mySQl-in başına bir oyun açıb, MySQL-ə həmin şeylərin tətbiq olunmasına 100% razı olmazlar.Bu da Collabration deyiler məqam. Ona görə ki, facebook hara - məsələn bizim gündəlik bazalar hara. Facebook daha çöx read və insert rejimində işləyən sistemdi. Orda izolyasiyalar ayrı sahədə inkişaf edib. Onlar ayrı, amma adi insanlar ayrı. Hətda Google mətbuat konfranslarında gündəlik işlər üçün Windows istifadə edir (Bilirəm, bəziləri deyəcək Google bu tip zəif işlər üçün ancaq Windows işlədir. Üzr istəyirəm, mən bilmirdim ki, bütün Linux istifadəçiləri evdə "kollayder" işlədir).

    Məsələ ondan ibarət dir ki, 40 manata gedib Windows alma - linux al, amma sonra axtar driverləri, proqramları, proqrammist tap hər driveri setup eləsin. Özun eləyə bilmirsənsə deməli tənbəlsən və ya "tupoy"san. Sizcə ixtiyari adam saatına və ya gününə 40 manat qazanırsa, onda bir dəfə 40 manat verib normal əməliyyat sistemi almaq çətin şeydi?!

    ReplyDelete
    Replies
    1. Linux-un mənfiliklərini saydız, amma görürəm sizin Linux haqqında elementar bilikləriniz yoxdur.
      1. Nəzərinizə çatdırım ki, dünyanın ən böyük biznes şirkətləri və qurumları öz bizneslərini Linux serverlər üzərindən idarə edirlər. Facebook, Google, Twitter, Ebay, Amazon və s. Əgər Linux biznes tapşırıqların öhdəsindən gələ bilmirsə bəs bu şirkətlər belə ağılsızdılar ki, bunu edirlər?)))) Server cəhətdən başqa Desktop-da da Google məsələn öz Linux distrubutivini(Gobuntu) istifadə edir və bu nə onun developerlərinə nə də başqa professionallara biznesi inkişaf etdirməkdə maneə törətmir, əksinə, göründüyü kimi Google durmadan inkişaf edən və büdcəsi milyard+ dollarlarla ölçülən bir şirkətdir ;)
      2. Siz şəxsən tanımıram, yazdığım şərhlərlə xətrinizə dəymək kimi bir niyyətim yoxdu, amma sizin yazdığınız "ha-ha-ha"-nı mən hər dəfə şərhlərinizi oxuduqda səsləndirirəm) Yəni məsələ orasında deyil ki, mən Linux tərəfdarıyam siz windows, məsələ orasındadır ki, bir mövzu haqda dərin biliyiniz olmadan ondan danışır, nəyinsə yaxşı nəyinsə pis olmasını iddia edirsiz. İlk olaraq danışılan mövzulardan xəbərdar olmaq lazımdır belə iddialar etmək üçün.
      Bu punktun cavabında sizə tövsiyyə edərdim Linux paket menecerləri ilə maraqlanasız, oxuduqdan sonra sizin dediyiniz bu "şikayətlər" özünüzə də gülməli görünəcək.
      3. Open Source məsələsi yuxarıda olan punklardan sadəcə biridi. Sizə heç kim kod dəyişdirmək və ya kodla oynamaq məcbutiyyəti yaratmır. Mümkün şübhə halında kod açıqdır istəyən baxıb nəyin necə olduğunu görə bilər, mən bunu çatdırmağa çalışmışam. Linuxda kodlarla oynamadan da Windows-da görülən işlərdən qat-qat artığını görmək mümkündür. Dünya təcrübəsi ilə maraqlanın :)

      Qardaş gəl belə deyək də. Mən tutalım bir proqram yazıram və onu Linux üzərindən buraxıram. Windows-da işləməsinə icazə vermirəm. Millət də başlayır sonra Windows-u söyməyə ki, mənim proqramım ancaq Linux-da işləyir, windows-da yox. Səncə bu məntiqlidi?) Əgər məntiqlidirsə onda sən dediklərinlə razıyam.
      Amma mən все таки elə gəlir ki bu çox məntiqsiz fikirdi. Əgər bir printer şirkəti öz məhsulunu yaradanda axmaqlıq edib digər əməliyyat sistemlərini nəzərə almırsa onda bu niyə görə Linux-un problemi olmalıdır ki? Bu həmin o axmaq şirkətin günahıdır ki, öz biznesinin qolunu-qanadını qırır hansısa platformanı unutduğu üçün. Bütün bunlardan əlavə Ubuntunu o cür Additional Driver komponenti var.
      Mənim printerimi (HP Photosmart C4283) Windows-da işlədərkən həmişə diskini salıb driver-ini yazmalı olurdum, düz yarım saata yaxın nəsə fırradırdı, gah internetdən nəsə yükləyirdi gah nə bilim nə, heç baş açmaq da olmurdu nə edir. Amma Linux(Ubuntu)-a qoşduqda heç bir disk, heç bir əlavə driver yazmadan printerim işlədi. Elə ilk gündəcə. Bu nədi bəs? Bəs Windows qarantiya idi?))) Sən sadəcə Linux işlətmədiyin üçün onun gücündən və imkanlarından xəbərsizsən. Windows heç də qarantiya deyil... Ya da qarantiyadı - vaxt itkisinə, əsəblərin pozulmasına və pul itkisinə qarantiya. Başqa heç bir şey.
      Sadəcə real yanaşmaq lazımdı. Bir mövzu müzakirəsi zamanı əsaslı bilgilərlə qoşulmaq lazımdı müzakirəyə. Əks halda iddialar həqiqəti yansıtmır, sadəcə öz mövqeyini оправдать cəhdi kimi görsəni. Без обид, но это так.


      Active Direktory-dən xəbərim var. Bildirmək istəyirəm ki, özüm ixtisasca Sistem Administratoruyam və bu texnologiyalardan yaxşı başım çıxır :) Windows-un active directory-si əslində çox narahat olan windows-u (server kimi) rahatlaşdırmaq üçün yaradılmış bir alətdir. Linux-un belə alətlərə ehtiyacı yoxdu, o, onsuz da rahatdı ;) Hər halda bu məsələni yekunlaşdırmaq üçün sənə bir sual verim, cavabını bilirsənsə ver, qurtarsın getsin.
      Windows belə superdisə server olaraq niyə görə dünya liderləri(ümumiyyətlə dünya şirkətlərinin 99%) server olaraq Linux-u seçir? :)

      Delete


    2. Linux mifləri:
      1. Maraqlıdı))) Gördüyüm qədərilə GNU GPL ilə tanış deyilsiz. Oxumağınızı tövsiyyə edirəm. Nəsə sizə göz vursa bildirərsiz bir daha araşdıraram :)
      http://ru.wikipedia.org/wiki/GNU_General_Public_License

      2. Mən olduqca ətraflı araşdırma aparmışam linux-da viruslar haqqında. İllərdir Linux istifadəçisiyəm və bir dəfə də olsun sistemimdə virusun v-si olmayıb heç) Amma nədənsə Windows işlədəndə bütün təhlükəsizlik tədbirlərini almağıma baxmayaraq sistemimə yenə virus düşürdü)))) Ən azından flashkartda keçən zir-zibil əminəm ki sənin başına da gəlib)))) Praktiki yanaşmaq lazımdı mövzuya. Linux-un nəyə görə virus-free olduğunu yazmışam, əgər əks arqumentin varsa bunun əksini sübut edə bilərsən, sağlam diskussiyaya hər zaman hazıram :) Amma sırf obyektiv olmaq şərti ilə ;)

      Təklifinizi tam anlamadım, amma təxmin edirəm nə demək istədiyinizi. Nəzərə almaq lazımdı ki, hər kompyüter arxasına oturub düymə klikləyən şəxs bu sahədə professional sayılmır. Və nə mənim nə da başqasının belə şəxslərin dumb şikayətlərini dinləməyə və cavablamağa həvəsi və vaxtı yoxdu :) Əgər belə israr edirsizsə açın elə bir sayt, mənim Windows-la bağlı şikayətlərimi və suallarımı məntiqi olaraq cavablayın :) Mən sadəcə bunu təklif edə bilərə)

      Mənim əvvəl işlədiyim şirkətlərin biri - GoldenPay məsələn kiçik bir şirkətdi, serverləri elə də çox deyil. Linux işlədirdi və onun işindən tam razı idik :) Yəni Linux sırf böyük gigant serverlər üçün deyil. İstənilən cihaz (istifadəçi seçimidi)Linux sayəsində güclü serverə çevrilə bilər.
      Elə Facebook-u misal göstərək. Facebook ilk dəfə şəbəkəyə buraxılanda(The Facebook) hələ test rejimində işləyərkən onun üçün alınmış bir linux üzərindən işləyən notebook-da qurulmuşdu. Traffik-ə tab gətirmək üçün. Sözümün mahiyyəti ondadır ki, Linux ancaq böyük şəbəkələrdə, böyük sistemlərdə işlədiləcək deyə bir qayda yoxdur. Linux is everywhere, like it or hate it :)

      Linux-a 40 manat vermək lazım deyil, linux pulsuzdu) Windows da 40 manat deyil, minimum 199,99$-dan başlayır qiyməti :P Əlavə olaraq softların alınması, lisenziyalar zırt-pırt, başağrısı.
      Mən əminəm ki, sən özün də pirat Windows və pirat soft işlədirsən və ömrü boyu proqram təminatına pul verməmisən)))) 1 il legal fəaliyyət göstər, Windows-un necə axmaq əməliyyat sistemi və platforma olduğunu özün görəcəksən.
      Əlavə nəzərə çatdırmaq istəyirəm, artıq Ubuntuda driverləri özü düz-qoş edən güclü komponentlər var. Hələ məni podvadit eləməyib, sadəcə düzgün istifadə etməyi bacarmaq lazımdı. Beləcə heç bir driver problemi yaşamayacaqsız :)

      QEYD: Müzakirələrimi və blog postumu obyektiv punktlar əsasında yazıb fikirlərimi aydınlaşdırmışam. Subyektiv ola da bilərəm və bu zaman istər yazıma istər sə də şərhlərimdə Windows-a istiqamətlənmiş söyüş və təhqirlərdən yer qalmaz))) Çalışaq hər birimiz obyektiv olaq, subyektiv fikirləri qarışdırmayaq mövzuya.

      Delete
    3. Kamran, düz deyirsiz, siz məni tanımırsız, amma mən sizi tanıdım. Belə deyək, mən publukasiyaya "siz" deyəndə oxucuları, kamran muəllim isə MƏNƏ "siz" deyə müraciət edir. Mən Linux ilə Windows -u müzakirə edirəm. Siz isə mənim fikirlərimi və hətda mənim özümü. Əgər siz Linuksu tərifləyirsizsə, mətnin adını dəyişin qoyun "Linuks və onun inkişaf prinsipləri".
      Siz Linuxoidlərin amerikalısı, avstraliyalısı yoxdu. Linuxoid и в африке линуксоид. :) Məndən bu qədər.

      Delete
    4. Ona qalanda mən həqiqətən legal soft işlədirəm.

      Delete
  6. Ümumilikdə, heç bir linux distributivi Windows 8 -dən yaxşı deyil normal istifadə üçün. Kiminsə xüsusi məqsədi üçün Linux Windows-dan daha yaxşı ola bilər.

    Kamran, unutmaq lazım deyil ki, kompüter istifadə edən hər kəs proqramçı deyil. Mən Ubuntu işlədirəm amma Ubuntunun terminalından başqa heçnəyindən xoşum gəlmir, ona görə ordan da qırağa çıxmıram :)

    Ümid edirəm bir gün hər hansı Linux distributivi də ən azı Windows kimi normal istifadəyə yararlı olacaq.

    ReplyDelete
    Replies
    1. Elvin, yuxarıda göstərilən punktlara görə müqayisə etmişəm. Amma sən dediyin mənə sadəcə bir stereotip kimi gəlir. Sadəcə elə fikir formalaşıb ki, Windows daha rahatdı ya nəsə. Mən özüm Linux istifadəçisi olmadan öncə illərlə Windows işlətmişəm :)
      Vaxt olanda rahatlıq mövzusuna da toxunan post da yazacam.

      P.S. Sadəcə terminala görə Linux istifadə etməyə dəyməz məncə, Windows üçün də çoxsaylı terminal emulyatorları var)

      Delete
    2. Elvin, dedə, nə olar, bir az da de. ))

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. http://www.microsoftstore.com/store/msstore/html/pbpage.Windows_8_Pro

    ReplyDelete
  11. INTERNATIONAL CONCEPT OF WORK FROM HOME
    Work from home theory is fast gaining popularity because of the freedom and flexibility that comes with it. Since one is not bound by fixed working hours, they can schedule their work at the time when they feel most productive and convenient to them. Women & Men benefit a lot from this concept of work since they can balance their home and work perfectly. People mostly find that in this situation, their productivity is higher and stress levels lower. Those who like isolation and a tranquil work environment also tend to prefer this way of working. Today, with the kind of communication networks available, millions of people worldwide are considering this option.

    Women & Men who want to be independent but cannot afford to leave their responsibilities at home aside will benefit a lot from this concept of work. It makes it easier to maintain a healthy balance between home and work. The family doesn't get neglected and you can get your work done too. You can thus effectively juggle home responsibilities with your career. Working from home is definitely a viable option but it also needs a lot of hard work and discipline. You have to make a time schedule for yourself and stick to it. There will be a time frame of course for any job you take up and you have to fulfill that project within that time frame.

    There are many things that can be done working from home. A few of them is listed below that will give you a general idea about the benefits of this concept.

    Baby-sitting
    This is the most common and highly preferred job that Women & Men like doing. Since in today's competitive world both the parents have to work they need a secure place to leave behind their children who will take care of them and parents can also relax without being worried all the time. In this job you don't require any degree or qualifications. You only have to know how to take care of children. Parents are happy to pay handsome salary and you can also earn a lot without putting too much of an effort.

    Nursery
    For those who have a garden or an open space at your disposal and are also interested in gardening can go for this method of earning money. If given proper time and efforts nursery business can flourish very well and you will earn handsomely. But just as all jobs establishing it will be a bit difficult but the end results are outstanding.

    Freelance
    Freelance can be in different wings. Either you can be a freelance reporter or a freelance photographer. You can also do designing or be in the advertising field doing project on your own. Being independent and working independently will depend on your field of work and the availability of its worth in the market. If you like doing jewellery designing you can do that at home totally independently. You can also work on freelancing as a marketing executive working from home. Wanna know more, email us on workfromhome.otr214423@gmail.com and we will send you information on how you can actually work as a marketing freelancer.


    Internet related work
    This is a very vast field and here sky is the limit. All you need is a computer and Internet facility. Whatever field you are into work at home is perfect match in the software field. You can match your time according to your convenience and complete whatever projects you get. To learn more about how to work from home, contact us today on workfromhome.otr214423@gmail.comand our team will get you started on some excellent work from home projects.


    Diet food
    Since now a days Women & Men are more conscious of the food that they eat hence they prefer to have homemade low cal food and if you can start supplying low cal food to various offices then it will be a very good source of income and not too much of efforts. You can hire a few ladies who will help you out and this can be a good business.

    Thus think over this concept and go ahead.

    ReplyDelete